AZ

İLDIRIMSÜRƏTLİ ƏMƏLİYYAT

Suriyada rejim əleyhdarı olan müxalif müxalif qruplar Hüms, Dəraa, Suveyda və Əl Sanameyn şəhərlərini ələ keçirdikdən sonra paytaxt Dəməşqin cənub ətrafına daxil olmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edilib ki, müxalifətin bir neçə saat ərzində paytaxt Dəməşqin mərkəzinə daxil olacağı gözlənilir.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı noyabrın 27-də Hələbdə hərəkətə keçən silahlı müxalif qruplar bu müddətdə Hümsa doğru irəliləyib. Dəməşqi almaq üçün Əsəd rejimi ilə vuruşan və Dera, Suveyda və Əl Sanameyn şəhərlərini ələ keçirən müxalif qüvvələr Əsədi küncə sıxışdırıblar.

Seçilən
44
publika.az

1Mənbələr