Suriyanın mərkəzi qərbində yerləşən Homs şəhərində keçmiş prezident, hazırkı dövlət başçısı Bəşər Əsədin atası Hafiz Əsədin daha bir heykəli dağıdılıb.
KONKRET.az xəbər verir ki, hadisə şahidləri sosial şəbəkələrdə abidənin sökülməsinin videosunu yayıblar.
Videoda izdihamın alqışlarla ağ abidəyə bağlanmış kəndiri heykəl aşana qədər çəkdiyi görünür.