AZ

İki güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Image

Qazaxıstanın Karaqanda şəhərində sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi yarış keçirilib. Bu barədə baki-xeber.com-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. 

Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə keçirilən turnirdə Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan 500-dən artıq idmançı mübarizə aparıb. Yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilər uğurlu çıxış edib. Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İradə SARIYEVA






phrase_var_article.chosen
30
9
baki-xeber.com

10phrase_var_article.sources