AZ

Mbappe Fransa millisində oynamaq istədiyini bildirib

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe Fransa milli futbol komandasının Noyabrda Millətlər Liqasının oyunlarında oynamaq istəsə də, baş məşqçi Didye Deşamın təşəbbüsü ilə komandaya dəvət edilməyib.

Ucnoqta.az xəbər verir ki, Mbappe bu barədə “Canal+” telekanalına müsahibəsində danışıb.

Mbappe millinin ardıcıl ikinci toplanışını buraxıb. Oktyabr ayında futbolçu omba nahiyəsindən aldığı zədə səbəbindən milliyə çağırılmamağı xahiş etmişdi.
Fransa yığması noyabrın 14-də İsrail komandası ilə heç-heçə oynayıb (0:0), noyabrın 17-də isə italyanları məğlub edib (3:1).

"Noyabrda Fransa yığmasında oynamaq istəyirdim. Məni yığmaya çağırmamaq baş məşqçinin qərarı idi. Səbəbini deyə bilmərəm, üzr istəyirəm. Demək istəsə, deyəcək", - Mbappe deyib.

Mbappenin 25 yaşı var, yayda azad agent kimi Real Madridə keçib.

Seçilən
34
ucnoqta.az

1Mənbələr