AZ

İran yeni Suriya höküməti ilə əməkdaşlıq üçün şərtlərini açıqlayıb

İran Tehranın Suriyanın yeni hakimiyyət orqanları ilə qarşılıqlı əlaqəsi üçün vacib şərtləri dilə gətirib...

Terrorizmi dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət və İsraildən uzaqlaşma İranın Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığının əsas şərtləridir.

Poliqon xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı deyib.

“Bizim Dəməşqdə hökmranlıq edəcək şəxslərlə münasibətimiz onların İran İslam Respublikası və Suriya şiələrinə qarşı davranış və siyasətindən, eləcə də onların sionist rejimdən və terrorçulardan nə qədər uzaq olacağından asılıdır”, deyə diplomat İran dövlət televiziyasında çıxışı zamanı deyib.

“Müxtəlif fraksiyaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin biz bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik, deyə Əraqçı əlavə edib.

Poliqon.info

Seçilən
22
3
poliqon.info

4Mənbələr