AZ

Cənubi Koreyada prezidentin ölkədən çıxışına qadağa qoyuldu

Bakı. Trend:

Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolunölkədən çıxmasına qadağa qoyub.

Trend xəbərverir ki, bu barədə "Tona İlbo" qəzeti məlumat yayıb.

Bildirilib ki, fəaliyyətdə olan prezidentə qarşı belə bir qadağailk dəfə tətbiq olunur.

Daha əvvəl Yüksək Vəzifəli Şəxslərə Qarşı AntikorrupsiyaAraşdırmaları İdarəsinin rəhbəri Yun Sok Yol üçün ölkədən çıxışqadağasının tətbiqi ilə bağlı göstəriş verdiyini bildirmişdi.

İdarə Yun Sok Yol barəsində hərbi qiyama hazırlıq vəsəlahiyyətlərini aşma şübhələri ilə bağlı araşdırma başladıb. Hərbivəziyyətin tətbiqi və sonrakı ləğvi üzrə Prezidentlə bağlıaraşdırmaya, həmçinin, polis və prokurorluq da cəlb olunub.

Xatırladaq ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol dekabrın 3-üaxşam saatlarında ölkədə hərbi vəziyyət rejimi elan edib. Lakinhərbi vəziyyət təxminən altı saat sonra ləğv edilib. Dekabrın 4-dəmüxalifət prezidentin hərbi vəziyyət elan etməsi üçün əsasolmadığını bildirərək, konstitusiyanı pozduğunu iddia edib vəparlamentdə impiçment proseduruna başlamaq təşəbbüsü irəlisürüb.

Məqalədə:
Seçilən
29
1
az.trend.az

2Mənbələr