AZ

Əsəd və onun ətrafı bizə necə düşmən olub

Əsəd rejiminə son qoyulmasına Azərbaycanda baxış fərqlidir. İran meyilli güclərin təsirində olanlar Əsədin hakimiyyətinə sevgi göstərirlər. Çünki onların beynində Azərbaycan yox İran var.

İndi bir misal göstərəcəm ki, Əsəd və onun ətrafı bizə necə düşmən olub. Fotoda Əsədlə yanaşı oturan keçmiş rejimin baş müftisi Əhməd Bədrəddin Hassundur.

Diktator Bəşər Əsədin qətliamlarına haqq qazandırması ilə tanınan Hassun Dağlıq Qarabağda “erməni dövlətinin” qurulmasına tərəfdar olduğunu deyib. 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşündə çıxışından bir hissəni təqdim edirəm:

“Elə regionlar vardır ki, onların mübahisəli vəziyyətinə son qoymağın vaxtı çatıb. Məsələn, Dağlıq Qarabağ. Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir. Hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”

1) Suriyada xeyli sayda erməni silahlı Əsəd səflərində vuruşub və onun yaxın mühafizəsində olub.

2) Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birliklərinin xüsusi fəallıq göstərib.

3) Ermənistan hökumətinin Bəşər Əsədə və onu dəstəkləyən terrorçu qruplara yardım dolu təyyarə göndərdiyinin görüntüləri üzə çıxmışdı o illərdə.

4) Xocalı soqırımı zaman Suriyadan Əsədin xüsusi təyinatları ermənilərlə birgə iştirak edib. Gürcüstandan qalxan helikopterin sürücüləri Suriya ərəbi və Suriya ermənisi olub..

İkinci fotoya diqqətlə baxın:

Mersedes firmasının istehsalı olan Gallenvagen markalı maşını 1990-cı ildə Suriya prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sərksiyana hədiyyə edib. Sarkisyan onu bir az sürüb gürcü biznesmeni ilə iki tankla dəyişir. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilir.

1994-cü ildə Suriya Prezidenti həmin maşını gürcü biznesmenindən geri alıb yenidən Sərkisiyana hədiyyə edir!!

İndi bu Mersedes Ermənistanda muzeydə saxlanılır...

İndi özünüz özünüzə sual verin. Xocalıda günahsız insanların qatilləri (digərlərini hələ demirəm) olan ermənilərlə əlbir olan Bəşər Əsəd və onun baş müftisi üçün İran baxışı ilə yanaşmaq lazımdır yoxsa Azərbaycanlı baxışı ilə?

Düşmənim dostu mənim düşmənim deyilmi? Yoxsa İran ağaları sizləri erməniyə düşmən yox Azərbaycan xalqına qarşı düşmən kimi yetişdirir?

dosent Zaur Əliyev

visiontv.az

 



phrase_var_article.chosen
133
3
visiontv.az

4phrase_var_article.sources