Bakı. Trend:
Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə 29-cu Bakıçempionatı və birinciliyi başlayıb.
Trend xəbər verir ki, yarışda "Ocaq Sport" Klubu,İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər GimnastikaMəktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdmanKlubu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Şağan Olimpiya İdmanKompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrundamübarizəyə qoşulacaqlar.
Yarışda idmançılar balacalar (2014-2016-cı il təvəllüdlülər),yeniyetmələr (2011-2013-cü il təvəllüdlülər) və gənclər(2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizəaparacaqlar.
Üç gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiqolaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrəmüəyyənləşəcək.