AZ

Məşhur plastik cərrahların sertifikatları ləğv olunur - Bu şəxsləri ağır cəza gözləyir

Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı gündəmə gələn məsələ daha ciddi şəkil alır.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, artıq aidiyyatı qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüb.

Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan setifikatların 30-50 manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb.

Eyni zamanda səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vuramaqda adı daha çox halanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunması barədə qərar qəbul olunub.

O da bildirilir ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir.

Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.

Məlumat üçün bildirək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və sertifikatların verilməsində Səhiyyə nazirinin müavini İlqar Qasımov və şöbə müdiri Səid Rüstəmovun adı çəkilir.


Elnur, BakuPost
Seçilən
32
50
bakupost.az

10Mənbələr