AZ

İçdiyimiz sular necə analiz olunur?

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Qida gözətçisi” layihəsinin ilk buraxılışı yayımlanıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, videoformatda olan layihədə istehlak üçün nəzərdə tutulan qablaşdırılmış suların analizlərindən bəhs olunub.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında içməli suyun təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə müasir standartlara uyğun analizlər həyata keçirilir. Videoda içməli suyun mikrobioloji, radioloji, habelə tərkibindəki ağır metalların təyini, toksikoloji müayinələri haqqında ətraflı məlumat verilib. Habelə içməli suyun etiket məlumatlarının doğruluğu məsələsinə də toxunulub. Laboratoriyada suyun tərkibi və keyfiyyətinin etiketdə göstərilən məlumatlarla müqayisə edilərək uyğunluğunun yoxlanılması prosesi barədə danışılıb. Analizlər AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb.

Qeyd edək ki, “Qida gözətçisi” layihəsi qida məhsullarının analizinin qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkmək məqsədi daşıyır. Belə ki, hansısa məhsulun xarici görünüşünə baxmaqla, yaxud primitiv üsullarla analiz etməklə onun təhlükəsizliyi və keyfiyyəti barədə fikir söyləmək olduqca yanlışdır. Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti barədə yekun rəy bildirmək onun laborator şəraitdə müayinəsindən sonra mümkündür. Layihədə sudan əlavə, yağ, kolbasa, pendir, bal və s. bu kimi gündəlik istifadə edilən qida məhsullarının laboratoriya şəraitində müasir standartlara uyğun analizi istehlakçılara təqdim olunacaq.

İçdiyimiz suların analizinə dair video ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://afsa.gov.az/az/xeberler/icdiyimiz-sular-nece-analiz-olunur-qida-gozetcisi

Seçilən
44
3
azpost.info

5Mənbələr