AZ

Azərbaycan XİN helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

Bakı. Trend:

Qardaş Türkiyənin İsparta şəhərində helikopterin qəzaya uğramasınəticəsində hərbçilərin həlak olması xəbəri bizi çox sarsıtdı vədərindən kədərləndirdi.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosialmedia hesabında paylaşım edib.

"Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərinailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznləbaşsağlığı veririk" - deyə əlavə edilib.

Qeyd edək ki, Türkiyənin Isparta vilayətinin Keçiborlu rayonmərkəzində təlim uçuşu zamanı iki hərbi helikopter toqquşub. Qəzazamanı 6 hərbiçi şəhid olub.

Seçilən
34
9
az.trend.az

10Mənbələr