AZ

"Suriyadakı rus bazaları haqda danışmaq tezdir" - "Türkiyə ilə dialoq aparırıq..."

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Suriya rejiminin devrilmiş lideri Bəşər Əsədin Moskvada görüşməsi ehtimalı ilə bağlı sualı cavablandırıb.

Peskov deyib ki, Putin belə bir görüşü rəsmi proqramına daxil etməyib.

“Prezidentin rəsmi proqramında belə görüş yoxdur”, - Peskov bildirib.

Əsədə sığınacaq verilməsi qərarını Rusiya Prezidenti Vladimir Putinin özünün verdiyini ifadə edən Peskov, “Əsədin harada olduğuna gəlincə, deyəcək heç nəyim yoxdur” deyib.

"Ümumilikdə baş verənlər yəqin ki, bütün dünyanı təəccübləndirib və bu halda biz də istisna deyilik", - Peskov bildirib. Peskov deyib ki, Moskva Suriyadakı vəziyyət də daxil olmaqla Ankara ilə dialoq aparır. Peskov jurnalistlərin Kremlin Türkiyənin Suriyadakı rolunu necə qiymətləndirdiyini soruşduqda bunları deyib:

“Biz Suriya məsələsi də daxil olmaqla, digər region ölkələri ilə dialoq aparırıq. Həqiqətən də, Suriya indi qeyri-sabitliklə bağlı çox çətin dövr yaşayacaq və təbii ki, bütün region ölkələri ilə dialoqun davam etdirilməsi çox vacibdir. Biz bunu etməkdə qərarlıyıq, məsləhətləşib təhlil edəcəyik”.

Suriyadakı Rusiya hərbi bazalarının təhlükəsizliyinin çox mühüm məsələ olduğunu bildirən Peskov Rusiya ordusunun hərbi bazaların təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi etdiyini bildirib.

Peskov jurnalistlərin Rusiyanın Suriyadakı hərbi varlığını davam etdirməyə ümid edib-etməməsi ilə bağlı sualına belə cavab verib: “Bu barədə danışmaq hələ tezdir. Hər halda bu məsələ Suriyada hakimiyyətdə olacaqlarla müzakirə edilməli olan məsələdir. İndi biz belə bir transformasiyanı, ölkədə ifrat qeyri-sabitlik dövrünü görürük. Bu səbəbdən təbii ki, vaxt aparacaq və bundan sonra hakimiyyətdə olacaq şəxslərlə ciddi görüşün keçirilməsinə ehtiyac olacaq”. /azpolitika.info/

Seçilən
26
turkustan.az

1Mənbələr