AZ

Ərdoğan Əsədin hakimiyyətini itirməsini izah edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın keçmiş rəhbəri Bəşər Əsədi respublikadan qaçmaqda ittiham edib. SİA xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.

Bundan əvvəl Suriya müxalifəti ölkə üzərində nəzarətin qurulduğunu və Əsədin devrilməsini elan etmişdi.

Eyni zamanda, sabiq prezidentin özü də Suriyada olmayıb. Rusiya Xarici İşlər Nazirliyi münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra istefa vermək qərarına gəldiyini və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk etdiyini bildirib.

Sonradan məlum olub ki, Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib. Ona siyasi sığınacaq verilib.

...Əsəd Suriyadan qaçdı, bir çox şəhərləri xarabalığa çevirdi, - deyən Ərdoğan münaqişənin başlanğıcından Türkiyənin qonşuluq qanunlarının tələblərinə ciddi şəkildə əməl etdiyini və böyük dövlət olduğunu qeyd edib.

Onun sözlərinə görə, Ankara “Suriyada sülh, azadlıq, dialoq, ədalət və tezliklə sülh yolu ilə nizamlanmanın tərəfdarı olub və devrilmiş rejimin düşmən münasibətinə baxmayaraq, istənilən şəraitdə respublikanın ərazi bütövlüyünü,unitar quruluşunu müdafiə edib”.

Əli Babayev

Seçilən
64
50
sia.az

10Mənbələr