AZ

Mirzoyan: "Sərhədinin delimitasiyası prosesində irəliləyiş var"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib.

Bu barədə o, Finlandiyanın “Lännen Media” informasiya agentliyinə müsahibəsində deyib.

A.Mirzoyan bunu münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi qiymətləndirib.

“Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir, sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır”.

Kommunikasiyaların açılması məsələsinə toxunan Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:

“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.

"Cebheinfo.az"

phrase_var_article.chosen
29
20
cebheinfo.az

10phrase_var_article.sources