AZ

Avtorizasiya edilmiş maliyyə əməliyyatları növünə görə belə təsnifləşdirilir

Operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları ilə ödəniş sistemi iştirakçılarının öz şəbəkəsində, operatorun daxilində (iştirakçının öz şəbəkəsində aparılan əməliyyatlar istisna olmaqla), ölkə daxilində və ölkə xaricində aparılmış əməliyyatlar avtorizasiya edilmiş əməliyyatlar maliyyə və qeyri-maliyyə əməliyyatlarına bölünür.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Avtorizasiya edilmiş maliyyə əməliyyatları növünə görə aşağıdakı kimi təsnifləşdirilir:

– kartdan karta kreditləşmə əməliyyatı (P2P credit) – kartdan karta köçürmə əməliyyatı üzrə hesabdan vəsaitin silinməsi əməliyyatı;

– kartdan karta debitləşmə əməliyyatı (P2P debit) – kartdan karta köçürmə əməliyyatı üzrə hesaba vəsaitin daxil olunması əməliyyatı;

– bankomatlar vasitəsilə mədaxil əməliyyatı (Deposit) – bankomat vasitəsilə hesaba mədaxil (cash-in) əməliyyatı;

– nağdlaşdırma əməliyyatı (Cash) – bankomat vasitəsilə nağd vəsaitin çıxarılması əməliyyatı;

– kvazi-nağd əməliyyat (Quasi cash) – kartlardan elektron pula, mərc oyunlarına, birjalara köçürmələr;

– ödəniş əməliyyatı (Purchase) – POS-terminal vasitəsilə malların, işlərin və xidmətlərin ödənilməsi əməliyyatı;

– təyin olunmuş məntəqələrdə vəsaitin nağdlaşdırılması əməliyyatı (Manual cash) – ödəniş xidməti təchizatçılarının filiallarında və yaxud ödəniş xidməti təchizatçıları tərəfindən təyin olunmuş məntəqələrdə kartda olan vəsaitin POS-terminal vasitəsilə nağdlaşdırma əməliyyatı;

– müştərinin istəyi ilə malın alışı üzrə vəsaitin geri qaytarılması əməliyyatı (Refund) – uğurlu əməliyyat üzrə ödənilən vəsaitin ödəyiciyə tam və ya qismən qaytarılması üçün icra edilən əməliyyat növü;

– digər maliyyə əməliyyatları – sadalanan maliyyə əməliyyatları növünə aid olmayan digər əməliyyatlar.

– avtorizasiya edilmiş qeyri-maliyyə əməliyyatları növünə görə aşağıdakı kimi təsnifləşdirilir:

– balansın yoxlanışı əməliyyatı (Balance inquiry) – kart hesabı üzrə mövcud balansın sorğulanması əməliyyatı;

– hesab üzrə tam çıxarış (Full account statement request) – müəyyən dövrü əhatə edən ödəniş kartı üzrə icra edilmiş bütün maliyyə əməliyyatlarını əks etdirən hesabdan çıxarışın əldə edilməsi əməliyyatı;

– hesab üzrə yığcam çxarış (Mini statement) – ödəniş kartı üzrə icra edilmiş son bir neçə maliyyə əməliyyatını əks etdirən hesabdan çıxarışın əldə edilməsi əməliyyatı;

– PİN-in dəyişdirilməsi əməliyyatı (PIN change) – ödəniş kartına təyin edilmiş şəxsi eyniləşdirmə nömrəsinin dəyişdirilməsi əməliyyatı;

– digər qeyri-maliyyə əməliyyatları – sadalanan qeyri-maliyyə əməliyyatı növünə aid olmayan digər əməliyyatlar.

 

Seçilən
25
heftelik.az

1Mənbələr