AZ

Rafiq Abbasov hakimlikdən getdi

Bakı Hərbi Məhkəməsinin tanınmış hakimi Rafiq Abbasov təqaüdə göndərilib.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Rafiq Abbasov hakimlik fəaliyyəti üçün son yaş həddini başa vurub.

Onun sonuncu işi müdafiə nazirinin yeyintidə ittiham olunan mərhum sabiq müavini Fuad Məmmədovun məhkəməsi idi.

R.Abbasov həmin işdə yan hakim kimi iştirak edirdi. Həmin iş uzandığından o, tərkibdən ayrılıb. Ötən gün Abbasovu ezam gəlmiş hakimlərdən biri əvəzləyib.

Karyerası ərzində çox sayda səs-küylü cinayət işinə hakimlik etmiş R. Abbasov bir neçə gün əvvəl son hökmünü oxuyub. İttihamedici hökmlə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) sabiq maliyyə-xidmət rəisi polkovnik-leytenant Rəşad Məlikzadə 11 il 6 ay azadlıqdan məhrum edilib. Bununla da Rafiq Abbasov hakim kimi məhkəmə salonları ilə həmişəlik vidalaşıb.

Qeyd edək ki, R. Abbasov hakimlikdən əvvəl jurnalist fəaliyyəti ilə məşğul olub. Hüquq və jurnalistika diplomlu Abbasovun bir sıra qəzetlərdə yazıları dərc edilib.

O, hakimlik müddətində MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, sabiq birlik komandiri general Rövşən Əkbərov, general Nizami Məmmədov və digərləri haqda hökm çıxaran hakimlərdəndir. Azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirli bilinən Vaqif Xaçatryana hökm çıxaranlardan biri də bu hakim olub.


Seçilən
13
18
busaat.az

10Mənbələr