AZ

Rusiyanın hərbi bazaları necə olacaq?

Suriyada hakimiyyəti nəzarətə götürən qüvvələr bu ölkədəki Rusiya hərbi bazalarının mövcudluğuna qarşı çıxmır.

Publika.az
xəbər verir ki, bu barədə Suriya Milli Koordinasiya Komitəsinin icraedici aparatının üzvü və xarici əlaqələr şöbəsinin rəhbəri Əhməd Əl-Əsravi “RİA Novosti”yə açıqlamasında deyib.

Əl-Əsravi bildirib ki Suriya Rusiya ilə öz maraqlarına uyğun olan razılaşmalardan imtina etməməlidir.

“Biz Suriyanın maraqlarına uyğun olan bütün razılaşmalara qarşı çıxmamalıyıq. Suriya müxalifətində Rusiyaya qarşı düşmən mövqe nümayiş etdirməyən və istənilən tərəflə milli maraqlar əsasında münasibətlər qurmağa hazır olan qüvvələr var.

Mən heç vaxt Rusiyaya, eləcə də Suriya xalqına, onun maraqlarına qarşı düşmən mövqe nümayiş etdirməyən istənilən ölkəyə qarşı düşmən mövqe tutmayacağam”, - o bildirib.

Asif

Seçilən
18
2
publika.az

3Mənbələr