AZ

Cənubi Koreya prezidentinin planlaşdırılan istefa tarixi açıqlanıb

Cənubi Koreyanın hakim “Vətəndaş Gücü” partiyası 2025-ci ildə ölkə prezidenti Yun Sok Yolu vəzifəsindən uzaqlaşdırmağı planlaşdırır. 

Missiya.Az xəbər verir ki, bu barədə “KBS” telekanalı məlumat yayıb.

“Prezidentin vaxtından əvvəl istefası praktiki olaraq gözlənilən nəticəyə çevrilib. İmpiçmentə qarşı çıxan hakim partiya daxilində onun istefasının vaxtı ilə bağlı fikirlər bölünür”, - deyə vurğulanıb.

Məlumata görə, hakim partiyanın nümayəndələri gələn ilin fevralında dövlət başçısını öz partiyalarından uzaqlaşdırmağı və apreldə növbədənkənar seçkilər keçirməyi planlaşdırırlar. Martda istefa vermək və may ayında səsvermənin keçirilməsi ssenarisi də nəzərdən keçirilir.

Qeyd olunub ki, prezidentin səlahiyyətlərinə xitam veriləcəyi təqdirdə yaxın 60 gün ərzində yeni seçkilər keçirilməlidir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr