AZ

Türkmənistan prezidenti 276 məhkumu əfv edib

Yazını böyüt
Yazını kiçilt

Tərəfsizlik Günü münasibətilə, Türkmənistanda törətdiyi cinayətlərə görə mühakimə olunan, lakin əməllərindən peşman olan və üzr istəyən 276 nəfər prezident Sərdar Berdiməhəmmədov tərəfindən əfv edilib.

Hafta.az-ın “Vətən”ə istinadən yazdığına görə, bununla bağlı Nazirlər Kabinetinin iclasında müvafiq sərəncam imzalanıb.

Əfv olunanlar ilkin həbs cəzasının qalan hissəsini çəkməkdən azad edilirlər.

Prezident vətəndaşlıq və amnistiya məsələləri ilə bağlı təkliflərin hazırlanmasına məsul komissiyanın rəhbəri Begenç Gündoğdıyevə hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hamısının həbsxanalardan öz ailələrinə qayıtmaları üçün zəruri tədbirlər görməyi tapşırıb.

Prezident Sərdar Berdiməhəmmədov əfv olunan vətəndaşlara vicdanla işləməyi, vətənə xidmət etməyi və əməyinin bəhrəsini görməyi arzulayıb.

Seçilən
62
hafta.az

1Mənbələr