AZ

Azərbaycan futbolunda qalmaqal - "Şamaxı" klubunda nə baş verir?

style='margin-bottom:10px;'>

“Şamaxı” Futbol Klubu dünən açıqlama yayaraq iki futbolçusu ilə yollarını ayırdığını elan edib. Söhbət müdafiəçi Adil Nağıyev və gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariyadan gedir. Klub bildirib ki, onlarla müqavilələrə xitam verilib. 

Rəsmi məlumatda həmçinin bildirilib: "Xitamın səbəbləri barədə klub hal-hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir. Ümid edirik ki, media və kütləvi informasiya nümayəndələri bu mövqeyə anlayış göstərəcəklər".

Qeyd edək ki,"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov da dünən "Turan Tovuz"a qarşı keçirilən matçdan sonra A.Nağıyev və G.Kantariyanın klubdan göndərilməsinin səbəbləri haqda danışmayıb.

QOL.az xəbər verir ki, bu gün müxtəlif media qurumlarında Adil Nağıyev və Giorgi Kantariyanın danılmış oyunlarda iştirakı səbəbindən klubla müqavilələrinin ləğv olunduğu barədə məlumatlar yayılıb. Onların bir neçə oyunla manipulyasiya etdiyi də iddia olunur. "Şamaxı" klubunun hazırda bununla bağlı araşdırma apardığı da bildirilib. Qeyri-rəsmi xəbərlərə görə, danışılmış oyunlarda iştirak edənlərin əhatəsi arta da bilər.

QOL.az-ın xəbərinə görə, klub hazırda bununla əlaqədar hər hansı açıqlama vermir. 

Məlumat rəsmi qurumlar tərəfindən təsdiq edilməsə də, heç təkzib də olunur. AFFA-nın mətbuat xidmətindən QOL.az-ın bununla bağlı sorğusuna cavab olaraq bildirilib ki, bu haqda heç bir şərh verilmir. "Məsələ ilə bağlı federasiya tərəfindən hər hansı araşdırma aparılırmı" sualına qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli qısaca olaraq "bu haqda heç nə deyə bilmərəm" deyə cavab verib.

QOL.az saytının müxbiri danışılmış oyunlarda adı keçən Adil Nağıyevin özü ilə də əlaqə saxlayıb. Lakin A.Nağıyev hazırda bu barədə danışmaq istəmədiyini söyləyib. O, sadəcə olaraq bildirib ki, məsələ ilə əlaqədar sonra açıqlama verəcək.

Qeyd edək ki, yayılan xəbərlər təsdiqini taparsa, bu, Azərbaycan futbolu üçün ciddi araşdırma üçün əsas olacaq. Buna qədər adətən danışılmış oyunlarla bağlı 1-ci klubları cəzalandırılırdı. İndi isə artıq Premyer Liqanın iştirakçısı olan komandanın futbolçularının adı bu məsələlərdə hallanmağa başlayıb. Görəsən, "radar"a Premyer Liqanın digər iştirakçılarının oyunçuları da düşübmü?

Hələlik bu iddiaları birmənalı şəkildə təsdiqləmək çətindir. Odur ki, hadisələri qabaqlamaq biz mümkün araşdırmaların gedişatını və sonunu gözləyək. 

RAMİQ 

Seçilən
32
teleqraf.com

1Mənbələr