1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Suriyanın eks-prezidenti Bəşər Əsəd vəzifəsini tərk etmək qərarını özü şəxsən qəbul edib".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Kreml nümayəndəsindən Rusiyanın Əsədin Moskvaya köçürülməsində hansı rol oynadığı və onun istefasında iştirak edib-etmədiyi soruşulub.
"Dövlət başçısı vəzifələrinin icrasından uzaqlaşmaq Əsədin şəxsi qərarı idi. Qalan hər şey barədə şərhsiz", - deyə Peskov cavab verib.
Qeyd edək ki, Kremldəki mənbə Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu bildirib. Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib.