"FMO - Dutch entrepreneurial development bank" (Hollandiya İnkişaf Bankı) Azərbaycanın Veysəloğlu Şirkətlər Qrupuna 23 milyon ABŞ dolları (təxminən 40 milyon manat) məbləğində kredit ayırırb.
Marja.az FMO-nun yaydığı məlumata istinadən xəbər verir ki, cəlb edilən krediti əməliyyat səmərəliliyini artırmaq üçün yeni logistika obyektinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, o cümlədən yeni "Araz" mağazalarının açılması üçün xərclənəcək.
Qeyd edilib ki, "Araz Supermarket" MMC "Veysəloğlu"nun əsas qida pərakəndə biznesidir, françayzinqlər daxil 300-ə yaxın mağaza şəbəkəsini idarə edir.
Əlavə edilib ki, bu sərmayənin qadınların işçi qüvvəsində iştirakını təşviq etməklə yanaşı, ölkənin daha çox kənd yerlərində yeni iş yerləri yaratması gözlənilir.