AZ

ABŞ NATO-dan çıxsa… - Trampın açıqlamaları daha çox mesaj xarakteri daşıyır

"Donald Trampın bəyanatlarını ciddi qəbul etmirəm".

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Əhəd Məmmədli Trampın ABŞ-nin NATO-dan çıxa biləcəyi ilə bağlı bəyanatına münasibət bildirərəkən deyib.

Ekspert vurğulayıb ki, ABŞ prezidenti istəsə belə ölkəsi NATO-dan çıxa bilməz:

"Çünki prezidentlik Amerikada sərhədləri olan, səlahiyyətləri bəlli bir postdur. Birinci post olsa da, yeganə söz haqqına sahib deyil. ABŞ elə qurulub ki, bu ölkə sadəcə bir fiziki şəxs tərəfindən idarə olunmur. Fərqli dövlət qurumları, siyasi-iqtisadi və hərbi korporasiyalar, Pentaqon, Konqres, Senat, Kəşfiyyat İdarəsi, ştatlar ümumi idarəetmədə mühüm rol oynayır. O baxımdan Tramp tək başına ciddi qərarlar qəbul edə bilməz. Həm də ABŞ NATO-dan çıxarsa, indiki güclü mövqeyini itirəcək, dünyanın "derjava"sı olmayacaq. Amerikanı Amerika edən məhz NATO olub".

Əhəd Məmmədli: Amerikanı Amerika edən məhz NATO olub

Həmsöhbətimiz vurğulayıb ki, eyni zamanda ABŞ-nin NATO-dan çıxması hərbi alyansın da qalmaması deməkdir:

"Hərbi alyansın qurucu üzvü, ayaqda saxlayan gücü, təhlükəsizliyini təmin edən ölkə ABŞ-dir. Bu, sanki Rusiyanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması deməkdir. Yaxud Fransanın Frankafoniya Təşkilatından çıxması anlamına gəlir. ABŞ-nin NATO-dan çıxması da qeyri-realdır. Trampda şoumenlik var. O, belə açıqlamaları sevir. Amma özü də fərqindədir ki, bunların reallaşması mümkün deyil. Səlahiyyətləri və gücü də buna imkan vermir. Trampın açıqlamaları daha çox mesaj xarakteri daşıyır".

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib. O, bu barədə "NBC Nyus"a müsahibəsində deyib. Tramp vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Aydın Baxış

Seçilən
58
bakivaxti.az

1Mənbələr