AZ

Strateji kommunikasiya ulduzları İstanbula toplaşacaq

Dekabrın 13-də İstanbulda 4-cü Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” öz işinə başlayacaq. 

Sitat.info xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə 30 ölkədən 3000-dən çox qonağın iştirakı gözlənilir. 

“Haliç Konqres Mərkəzi”ndə keçiriləcək Sammitdə dünya ölkələrinin akademik qurumları, beyin mərkəzləri, dövlət sektoru, mətbuat, özəl sektor, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri “Kommunikasiya və süni İntellekt: tendensiyalar, tələlər və transformasiya” mövzusunda müzakirələr aparacaqlar. 

8 panel, 4 çıxış və 6 təkbətək sessiyadan ibarət “Stratcom 24” Sammiti yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar və təcrübələr üzərində dayanmağı, eyni zamanda bunun yarada biləcəyi müxtəlif problemlərə diqqət çəkməyi hədəfləyir.

Eyni gündə üç təkbətək sessiya keçiriləcək. Sessiyalarda Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıçın “AI dövründə Türkiyə hökumətinin milli təhlükəsizlik perspektivi”, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin “AI və strateji inkişaf: Azərbaycanın gələcəyinə baxış”, Fələstinin Telekommunikasiya və rəqəmsal iqtisadiyyat naziri Abed-Alrazzaq Natshehin “Rəqəmsal transformasiyanın idarə edilməsi: Fələstinin telekommunikasiya vizyonundan anlayışlar” mövzusunda çıxış edəcəkləri gözlənilir. 

Beləliklə, iki gün davam edəcək Beynəlxalq Strateji Kommunikasiya Sammitində (“Stratcom 24”) süni intellektin yaratdığı imkanlar və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya və məlumat qarışıqlıqları ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Seçilən
13
13
sitat.info

10Mənbələr