AZ

““Altın Kelebek”i vermədilər, pulla aldınız”

Müğənni Nadir Qafarzadə “Altın Kelebek” gecəsində mükafat alan azərbaycanlı məşhurları tənqid edib. 

OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində video paylaşıb. 

Qafarzadə bildirib ki, onlar həmin mükafatı pulla alıb: 

“Bir neçə gün əvvəl Moskvada olarkən mənə zəng gəldi. Türkiyə ilə əlaqəsi olan bir xanım təşkilatçı idi. Dedi ki, məni Türkiyəyə mükafat almağa göndərmək istəyir. Cavab verdim ki, ağır yerimi niyə yüngül edim ki? Orada məni kim tanıyır, kimə lazımam? Nə deyib mükafat alacağam? Biz orada kimə lazımıq? Vallah ayıbdır. Nə var desinlər ki, Türkiyədə mükafat alıb. Guya böyük iş oldu. Yenə ev versələr, yaxşı qonorar versələr razılşamaq olar. O mükafatı da pul verib alırsan. Düzdür mənə pul təklif olunmadı. Amma insanda vicdan yaxşı şeydir. Mən nə etdim ki, Türkiyədə mənə mükafat verdilər? Adını da qoydular ki, mükafat verdilər. Vermədilər, pulla aldınız. Bəsdirin hər şeyi pulla aldınız. Siz kimə lazımısınız? Heç yerdə heç kimə lazım deyilik. Bəlkə də nə vaxtsa lazım olacağıq. İstanbula gedirik. bizi güclə tanıyırlar. Bir az özünüzə gəlin. Çox gülməli görünürsünüz”. 

Qeyd edək ki, sözügedən mükafatı aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadə və aktrisa Dəniz Tacəddin layiq görülüb. 


Seçilən
22
9
olay.az

9Mənbələr