AZ

Suriyada sülhün və sabitliyin bərpa olunması mütləq dərəcədə vacibdir - Azərbaycan XİN

Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Suriyada son vəziyyətlə bağlı bəyanatında deyilir.

"Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir", - bəyanatda vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
1
olaylar.az

5Mənbələr