AZ

Bu ölkələr İranın nüvə proqramını tənqid etdi

Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın zənginləşdirilmiş uran istehsal gücünü 60%-ə çatdırmaq üçün atdığı addımları pisləyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan ölkələrin birgə bəyanatında deyilir.

“Biz Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın nüvə proqramını daha da genişləndirmək siyasətini pisləyirik və bu, Fordo yeraltı qurğusunda 60%-ə qədər zənginləşdirilmiş uran istehsalının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur”, - bəyanatda deyilir.

Avropa ölkələri İslam Respublikasını nüvə eskalasiyasını dərhal dayandırmağa çağırıb.


Müəllif: Arzu
Seçilən
29
teleqraf.com

1Mənbələr