"Suriya ərazisinə girən İsrail işğalçı zehniyyəti ilə Suriyanın suverenliyini və ərazi bütövlüyünü hədəf almaqdadır".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri ilə bağlı çıxışında deyib.
Nazir bildirib ki, İsrailin hazırda Suriyaya da təcavüzü davam edir: "Türkiyə olaraq hər zaman suriyalı qardaşlarımızın yanında olmağa davam edir və bundan sonra da belə davam edəcəyik. Bunu da hər kəs görəcək".
Lamiyə Əhmədli
MİA.AZ