Türkiyə İsraili Suriya ərazilərini bombalamağı dayandırmağa çağırıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "NTV" kanalına müsahibəsində deyib.
Nazir deyib ki, İsrailin Suriyada yürütdüyü siyasət təhlükəlidir və böyük təxribatlara yol aça bilər.