AZ

“Əsəd məhkəmə qarşısına çıxarılmalıdır” - "Rusiya qəddar tirana sığınacaq verir..."

ABŞ rus bazalarının Suriyada qalmasının əleyhinədir

Hazırda ABŞ-nin Suriyadakı Rusiya bazalarının statusu və Suriyanın yeni hakimiyyət orqanlarının onlarla nə edə biləcəyi barədə məlumatı yoxdur.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

O qeyd edib ki, buna baxmayaraq, ABŞ əmindir ki, həmin bazaların taleyinə Kremlin Suriyadakı son onilliklərdəki dağıdıcı fəaliyyətləri təsir edəcək: “Rusiya yüz minlərlə suriyalını qətlə yetirən qəddar rejimi dəstəkləyir. O rejim ki, öz xalqını qazla zəhərləyib. Rusiya hökuməti Suriyanın dinc əhalisinə zərbələr endirib. İndi də Rusiya qəddar tirana sığınacaq verir. Ona görə də onların(Rusiyanın-red.) Suriya xalqı qarşısında cavab verəcəyi şeylər var”.

Miller əmindir ki, bütün bu amillər Suriyanın yeni hökumətinin Rusiya hərbi-dəniz bazalarının gələcək taleyi ilə bağlı qərarına təsir edəcək. ABŞ rəsmisi son qərarı Suriya xalqının verəcəyini də vurğulayıb: “Son 10-12 ildə Rusiyanın bu bazalar vasitəsilə təsiri Suriya xalqı üçün fəlakətli olub”.

Hazırda Rusiya Federasiyasında gizlənən devrilmiş Bəşər Əsədin taleyinə gəlincə, Millerin fikrincə, Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən əlavə, diktator Suriya xalqının məhkəməsi qarşısına çıxmalıdır: "Mən hesab edirəm ki, siz Suriya xalqının onun Suriyaya qayıtması və cinayətlərinə görə ədalət mühakiməsinə çıxarılması tələbini görəcəksiniz. Və bu, Haaqa məhkəməsi qarşısında baş tutacaq birinci instansiya məhkəməsidir".

“AzPolitika.info”

phrase_var_article.chosen
28
azpolitika.info

1phrase_var_article.sources