AZ

Bu qəsəbənin sakinləri 450-500 manat "su pulu" verirlər

Binəqədi rayonu, Çiçək qəsəbəsi, Hökuməli ərazisində suyun olmaması və su xəttinin çatışmazlığı ilə bağlı problem yaşanır.

Milli.Az xəbər verir ki, özünü "Azərsu" işçisi kimi təqdim edən Vüsal Məmmədov adlı şəxs sakinlərdən pul yığır.

Sakinlər bildirib ki, həmin şəxs ildə iki dəfə onlardan 450-500 AZN pul alıb. Lakin, Vüsal Məmmədov bu ittihamları inkar edir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözçüsü Ceyhun Musaoğlu isə qeyd edib ki, sakinlərin su təchizatı ilə bağlı vəziyyət araşdırılacaq və lazımi tədbirlər görüləcək.

Qeyd edək ki, sakinlərdən qanunsuz pul yığılması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Aysel Əkbər
Milli.Az

phrase_var_article.chosen
47
3
milli.az

4phrase_var_article.sources