AZ

Rusiya 40 dövlətlə savaşır: həm də Türkiyə... - Arutyunyan

Etiraf etməliyik ki, Rusiyanın Suriyadakı mövqeləri sual altındadır. Ruslar onların bazalarına (Tartus və Hmeymim bazaları nəzərdə tutulur – red.) hər hansı təhdid olmadığını iddia edirlər. Bəli, bəlkə də təhdid şəklində deyil, amma Suriyada formalaşmaqda olan yeni hökumət bazaların səlahiyyət müddətini uzatmaq istəyərmi? Biz başa düşməliyik ki, bu gün Rusiya bütün Qərb dünyasına, o cümlədən Türkiyə və İsrailə qarşı mübarizə aparır.

Turkustan.az xəbər verir ki, bu sözləri erməni politoloq Qagik Arutyunyan yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, Rusiya bu gün bir çox təhlükələrlə üz-üzədir:

“Rusiyadan çox şey tələb etmək çətindir, çünki 40-dan çox ölkə Rusiyaya müharibə elan edib, Rusiyaya qarşı milyardlarla pul xərcləyirlər. Rusiyadan çox şey tələb etmək çətindir. Hər fövqəldövlətin öz həddi var, SSRİ də superdövlət idi, amma baş verənləri gördük, xaos texnologiyaları tətbiq olunanda çökdü”./axar.az/

phrase_var_article.chosen
47
1
turkustan.az

2phrase_var_article.sources