AZ

Ölkədə 11 ayda orta illik inflyasiya açıqlandı

2024-cü ilin on bir ayında ayında ölkədə  istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102 %, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-qida məhsulları üzrə 101,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,8 % təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ilin  bu noyabrında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 104,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 %, qeyri-qida məhsulları üzrə 102,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 % olub.

Bundan əvvəl Mərkəzi Bank bildirib ki, Azərbaycanda inflyasiya 5,6 faiz proqnozlaşdırılır. 
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

2023-cü ilin on ayında Azərbaycanda 100,9 milyon manatlıq  ümumi daxil məhsul istehsal olunub.  
 
Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.

Aytac

www.anews.az
Seçilən
20
18
anews.az

10Mənbələr