AZ

ADU-da “Narkomaniya – əsrin bəlası” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU)  İngilis və fransız dilləri fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı və TƏHSİL.BİZ  ixtisası üzrə təhsil alan tələbələrin fəal iştirakı ilə “Narkomaniya – əsrin bəlası” adlı tədbir keçirilib.

Tədbirin mövzu və məqsədindən danışan moderator Kəmalə Kərimova qeyd edib ki, hazırda yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilmiş “ağ ölüm”ün əsiridir. Yaşadığımız qloballaşan dünyada baş verən proseslərə vaxtında reaksiya vermək, gələcəyə zamanət deməkdir. Bu baxımdan, planetin qorunması, gələcək inkişaf, yaşam naminə atılan addımlara dəstək olan Azərbaycanda narkomaniya mövzusunda da təxirəsalınmaz və sanballı tədbirlər həyata keçirilir.

Azərbacan Respublikasının Prezidenti İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006, 2007-2012, 2013-2018, 2019-2024-cü illəri əhatə edən beşillik Dövlət Proqramları təsdiq etmişdir.

Kəmalə Kərimova həmçinin bildirib ki, tələbələrimizin təqdim etdiyi tədbir 2019-2024-cü illəri əhatə edən həmin proqramın icrasından irəli gələn şüurlu bir addımdır. Gənclərimizin doğru tərbiyələnməsi, cəmiyyətə düzgün inteqrasiya etməsi və “ağ ölüm”dən uzaq durması üçün aparılan bu təbliğat xarakterli tədbir tələbələrimizin əsl açıq dərsidir.

Tədbirdə I və II kurs tələbələri (123a, 123c, 228a və 228b qrupları) narkomaniyanın səbəbləri, təsiri, Azərbaycanda narkomaniyaya qarşı mübarizənin təşkili, narkomaniyaya dair faktlar, Azərbaycan ədəbiyyatında narkomaniya mövzusu və s. sərlövhəli çıxışlarını təqdim ediblər.

Tədbirin sonunda Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri professor Gülnarə Sadıxova və İngilis və fransız dilləri fakültəsinin dekanı  dosent Vəfa Babayeva maarifləndirici yönümlü tədbirin keçirilməsini yüksək qiymətləndiriblər.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/01b5d06e-9d0f-45f5-b176-54f46f1381f9_gal28176.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/f7bfe19d-b464-4c73-be93-51a008426eb7_gal28178.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/640c3b67-97fa-4a9c-aefc-3b40b584f12a_gal28179.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/53354d18-5230-456c-bced-d5b5355547a3_gal28180.jpg

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/11%20December%202024/360d7d7b-531e-49e5-bb9c-d74c9b37201b_gal28181.jpg

 

 

 

 

phrase_var_article.chosen
46
tehsil.biz

1phrase_var_article.sources