AZ

Tomas Müller Kristiano Ronaldonun nailiyyətini təkrarladı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin Donetsk “Şaxtyor”u səfər oyunu “Bayern”in hücumçusu Tomas Müller üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, alman futbolçu ÇL-in Liqa mərhələsinin 6-cı turu çərçivəsində baş tutan bu oyunda “Bayern”in 5:1 hesablı əzmkar qələbəsinə vuduğu qolla töhfəsini verib.

Beləliklə, Müller UEFA Çempionlar Liqasında ardıcıl 16-cı mövsümdə qolla fərqlənib. Bu nəticə ilə o, portuqal ulduz hücumçu Kristiano Ronaldonun və uelsli yarımmüdafiəçi Rayan Giqqzin nəticələrini təkrarlamış olub.

UEFA Çempionlar Liqasında yalnız argentinalı hücumçu Lionel Messi və fransalı hücumçu Kərim Benzema daha yüksək nəticə göstəriblər. Hər iki futbolçu 18 müxtəlif Çempionlar Liqası mövsümündə rəqib qapılarına qollarla yol tapıblar.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir.

Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 20 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 727 oyun, 246 qol, 271 məhsuldar ötürmə.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
1
arena.az

2Mənbələr