AZ

Dostunu mismarlayıb öldürdü

Rusiyanın Yekaterinburq şəhərində yerli sakin dostunun başının arxasına və sinəsinə mismar vurub.

Lent.az bildirir ki, dostlar Ximmaş ərazisində içki içiblər. Onlardan birinin 52, digərinin isə 28 yaşı olub. İçki məclisi sakit keçib və heç kim mübahisə etməyib. Lakin şifahi mübahisə zamanı yaşlı dost tikinti tapançasını götürərək gənc oğlana bir neçə mismar vurub.

Zərərçəkmiş dərhal yerli xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Şübhəli şəxs təqsirini qismən etiraf edib. Artıq hüquq-mühafizə orqanları adam öldürmə maddəsi ilə cinayət işi açıb.

 

Seçilən
22
1
medianews.az

2Mənbələr