AZ

Qəzzada ölənlərin sayı 45 minə çatdı

İsrail ordusunun Qəzza zolağının müxtəlif nöqtələrinə son 15 gündə həyata keçirdiyi hücumlarda 556 nəfər həyatını itirib, 1511 nəfər isə yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.
 
İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi iki qırğında 19 nəfərin həyatını itirdiyi, 69 nəfərin isə yaralandığı qeyd edilib.
  
Beləliklə, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 44 min 805-ə, yaralıların sayı isə 106 min 257-yə yüksəlib.
 
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilib. İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilib.

Qeyd edək ki, 432 gündür ki, İsrailin Qəzzaya hücümu davam edir.
 
Oksana
Seçilən
33
37
azxeber.com

10Mənbələr