AZ

Ölümcül virusun 323 flakonu yoxdur: Bəyanatlar bir-birinin ardınca gəlir

Avstraliyanın Kvinslend şəhərindəki ictimai səhiyyə laboratoriyasında “Hendra”, “Lissavirus” və “Hantavirus”a aid 323 virus nümunəsinin itirildiyi məlum olub.

KONKRET.az xəbər verir ki, ölkənin səhiyyə naziri Tim Nikolls bu vəziyyəti “bioloji təhlükəsizlik protokolunun ciddi şəkildə pozulması” kimi qiymətləndirib və hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb.

Avstraliya dünyanı təsir edə biləcək bir sağlamlıq qalmaqalı ilə sarsılır. Ali Məhkəmənin təqaüdçü hakimi Martin Daubney qalmaqalın istintaqına rəhbərlik etmək üçün təyin edilib.

Nazirlik oxşar halların təkrarlanmaması üçün kadr hazırlığının artırılması, laboratoriya prosedurlarının nəzərdən keçirilməsi və icazələrin ciddi şəkildə yoxlanılması kimi tədbirlər gördüyünü açıqlayıb.

Baş səhiyyə mütəxəssisi Con Cerrard mətbuata açıqlamasında bildirib ki, virus nümunələrinin yoluxma riski var. Amma təhlükə bir o qədər də çox deyil: “Bu virus nümunələri dondurucu şəraitdə saxlanmazsa, tez xarab olacaq və artıq yoluxucu olmayacaq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
36
5
konkret.az

7Mənbələr