AZ

Makron İvanişviliyə zəng vurub, telefon danışığı 1 saat davam edib - YENİLƏNİB

Fransa Prezidentinin administrasiyası Emmanuel Makronla “Gürcü Arzusu”nun sədri Bidzina İvanişvili arasında telefon danışığı ilə bağlı məlumat yayıb.

Apa xəbər verir ki, “Emmanuel Makron həmçinin Bidzina İvanişvilini bütün siyasi partiyalar və vətəndaş cəmiyyəti nümayəndələri ilə inklüziv dialoqa çağırıb, təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığını pislədiyi qeyd olunub”.

Makron həmçinin bütün saxlanılanları azadlığa buraxmağa, ifadə və sərbəst toplaşma azadlığına hörmət etməyə çağırıb.

 

Bundan əlavə, Emmanuel Makron Gürcüstanın Avropa yolundan çıxmasından təəssüfləndiyini bildirib.

 

“O, bir daha Gürcüstanın Avropa yolundan çıxmasından təəssüfləndiyini bildirib və Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin indiyə qədər götürülmüş və ya götürüləcək istiqamətlərdən asılı olacağına inandığını təsdiqləyib” - bəyanatda bildirilib.

***

13:51

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Apa xəbər verir ki, məlumatı “Gürcü Arzusu” yayıb.

Bildirilib ki, telefon danışığı Fransa Prezidentinin təşəbbüsü ilə keçirilib və bir saat davam edib.

“Makron Gürcüstandakı vəziyyətə görə təəssüfləndiyini qeyd edib və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusunda olduğunu bildirib. Bidzina İvanişvili də öz növbəsində Fransa Prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını alqışlayıb. İvanişvili və Makron növbəti günlərdə yenidən təmasda olacaqları və əldə edilən irəliləyişlərin qiymətləndiriləcəyi barədə razılığa gəliblər. Söhbət bir saat davam edib” - “Gürcü Arzusu”nun məlumatında qeyd edilib.

Seçilən
7
32
qaziler.az

10Mənbələr