AZ

ABŞ-də ən hündür binanın tikintisidayandırıldı

ABŞ-nin Oklahoma Şəhər Şurası tərəfindən təsdiqlənmiş 581 metr hündürlüyündə "Legends Tower"ın tikintisi təxirə salınıb.

Redaktor.az xəbər verir ki, buna səbəb yerli aeroport meneceri Ceff Mulderin belə bir addımın təhlükələrini qeyd etdiyi məktub olub.

Belə ki, sözügedən göydələn ölkənin ən hündürü, dünyanın isə beşinci ən hündür göydələni olmalı idi. Lakin yeni hündürmərtəbəli binanın uçuş təhlükəsizliyinə təhdid etdiyi diqqətə çatdırılıb. Aeroport meneceri narahatlığını ABŞ Federal Aviasiya Administrasiyasına yazdığı məktubda bildirib. Tikinti işləri gələn ilə qədər təxirə salınıb.

Sevinc İBRAHİMZADƏ

Seçilən
40
redaktor.az

1Mənbələr