Keçmiş prezident Bəşər Əsədin sarayını ələ keçirən Suriya müxalifətçiləri binaların birində ruhi xəstəliklərə qarşı həblər tapıblar.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "New York Times" (NYT) qəzeti yazır .
Tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və narahatlıq pozğunluqlarını müalicə etmək üçün təyin etdiyi benzodiazepin də var. Sarayda Əsədin öz tərcümeyi-halı və Rusiya Silahlı Qüvvələrinin tarixi də daxil olmaqla kitabları da tapılıb.