AZ

ŞOK! Əsədin sarayında psixotrop maddələr tapıldı

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin sarayını ələ keçirən suriyalı müxaliflər burada ruhi xəstəliklərə qarşı istifadə üçün hazırlanmış həblər və digər psixotrop maddələr aşkar ediblər. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Nyu-York Times” qəzeti məlumat yayıb.

Tapılan dərmanlar arasında həkimlərin yuxusuzluq və psixi pozğunluqları müalicə etmək üçün təyin etdiyi benzodiazepin preparatları da var.

Bundan başqa, sarayda Əsədin tərcümeyi-halı və Rusiya Silahlı Qüvvələrinin tarixindən bəhs edən müxtəlif kitablar da tapılıb.

Xatırladaq ki, bu il dekabrın 8-də Suriyada müxalif qruplar paytaxt Dəməşqi ələ keçirərək, Bəşər Əsədi hakimiyyətdən deviriblər. Daha sonra Bəşər Əsəd Rusiyaya qaçaraq, oradan sığınacaq alıb.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
42
40
demokrat.az

10Mənbələr