AZ

Laboratoriyadan ölümcül viruslar olan yüzlərlə flakon yoxa çıxıb

Avstraliyada laboratoriyada canlı virus olan yüzlərlə flakon yoxa çıxıb.

Sfera.az xəbər verir ki, tərkibində üç müxtəlif virus olan 323-dən çox flakon yoxa çıxıb.


Dondurucudan kənar viruslar çox tez insanlar üçün zərərsiz olur və son 5 ildə ölkədə bu xəstəliklərə yoluxma halları qeydə alınmayıb. Lakin flakonların necə yoxa çıxdığını müəyyən etmək üçün artıq hadisə ilə bağlı araşdırma başlayıb.
 

Queensland Səhiyyə Naziri Tim Nicholsun sözlərinə görə, 2021-ci ildə 323 canlı virus nümunəsi bioloji təhlükəsizlik protokollarının ciddi şəkildə pozulması səbəbindən yoxa çıxıb. Sızma 2023-cü ilin avqustunda aşkar edilib.
 

İtmiş flakonlar arasında, demək olar ki, yüzdə ölümcül Hendra virusu var. İki flakonda hantavirus, digər 223 flakonda isə lizavirus olub.
 

Qeyd edək ki, Hendra virusu ilk dəfə 1990-cı illərin ortalarında Avstraliyada bir neçə atın yoluxub öldürülməsindən sonra aşkar edilib. Yalnız bir neçə nəfər bu xəstəliyə tutulub, əksəriyyəti də vəfat edib.


Cornell Universitetinin professoru Raina Plowright:
 

“Hendra virusu insanlarda 57% ölüm nisbətinə malikdir və virusa yoluxanlara, onların ailələrinə və virusun mövcud olduğu ərazilərdə baytarlıq və atçılıq sənayesinə dağıdıcı təsir göstərir" - deyə bildirir.
 

Hantavirusun əsas daşıyıcıları gəmiricilərdir. Ölüm nisbəti təxminən 38% olan hantavirus ağciyər sindromuna səbəb ola bilər. Lizavirusa quduzluq virusu daxildir və eyni zamanda çox yüksək ölüm nisbətinə malikdir.
 

Virusların məhv edilib-edilmədiyi və ya laboratoriyadan götürüldüyü hələlik məlum deyil.

"Onların laboratoriyadan götürüldüyünə inanmaq üçün heç bir əsas yoxdur. İkincisi,Hendra virusunun hər hansı bir şəkildə hər hansı bir tədqiqat laboratoriyasında silah kimi istifadə edildiyinə dair heç bir sübutumuz yoxdur" - deyə Tim Nikols bildirib.


O qeyd edib ki, virus nümunələri Queensland İctimai Sağlamlıq Virusologiya Laboratoriyasında saxlandıqları dondurucu xarab olduqdan sonra yoxa çıxıb. Narahatlığa səbəb olan da məhz budur.
 

"Onlar lazımi sənədləşmə aparılmadan işlək vəziyyətdə olan dondurucuya aparılıb. Materiallar bu təhlükəsiz anbardan çıxarılıb, itib və ya itirilib" - nazir əlavə edib.


Ştat hökuməti qeyd edir ki, "sızma” nəticəsində ictimaiyyət üçün riskə dair heç bir sübut yoxdur. Fakt budur ki, viruslar çox tez "məhv olur" və insanlar üçün zərərsizdir.
 

Ştatın baş səhiyyə işçisi Con Gerrard, nümunələrin ümumi tullantılara atılmasının çox çətin olduğunu deyir. Çox güman ki, onlar adi laboratoriya protokoluna uyğun olaraq avtoklavda məhv ediliblər.
 

"Qeyd etmək vacibdir ki, son beş ildə Kvinslenddə Hendra virusu və ya Lesvirus, Avstraliyada isə hantavirusa yoluxma halları qeydə alınmayıb".
 

Araşdırılma zamanı virusların dəqiq necə yoxa çıxdığını və hadisənin iki ilə yaxın müddətdə aşkarlanmasına nəyin mane olduğunu öyrənmək planlaşdırılır.
 

"Biotəhlükəsizlik protokollarının ciddi şəkildə pozulmasını və yoluxucu virus nümunələrinin potensial itkisini nəzərə alaraq, Queensland Health baş verənləri araşdırmalı və təkrarlanmanın qarşısını almaq üçün tədbirlər görməlidir" - deyə agentliyin baş icraçı direktoru bildirib.


Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublika Komitəsi bu yaxınlarda COVID-19 pandemiyasının bütün aspektləri və onun nəticələri ilə bağlı apardığı araşdırmaya dair yekun hesabatını dərc edib. Sənəddə bildirilir ki, virus böyük ehtimalla Uhandakı Çin laboratoriyasında yaranıb. ABŞ-ın əksər kəşfiyyat agentlikləri virusun genetik olaraq yaradılmadığına inanır, pandemiyanın mənşəyi isə hələ də müzakirə mövzusudur.

 

Aysel

Seçilən
53
5
sfera.az

7Mənbələr