AZ

SEPAH generalı və zabitlər ABŞ səfirliyinə sığındı – Təcili

SEPAH-ın Qüds qüvvələrinin 6 yüksək rütbəli zabiti, bir diplomat və 3 iranlı podratçı ABŞ-ın Beyrutdakı səfirliyinə sığınıb.

Axar.az xəbər verir ki, bu sensasion məlumatı Kanal 1 İranın Beyrutdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əhməd Bəşrətə istinadla yayıb.

Qüds Korpusuna bağlı "Nab Cihadi" Teleqram kanalı isə yazıb:

"Bu xəbərin doğru olub-olmadığını bilmirik, amma etibarlı kanallarımızda dərc olunub! Nə üçün SEPAH-ın 6 hərbi müşaviri İrana qayıda bilmir? Pasport problemi, yoxsa?..

Bir tərəfdən bir çox marşrutun bağlanması, uçuş icazəsinin olmaması, digər tərəfdən İsraildən gələn təhdidlər səbəbindən bu cür işlər çoxlu risklərlə müşayiət olunur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının 6 hərbi müşaviri, bir diplomat və 3 podratçının ölkəyə qayıtmaması ilə bağlı məsələ logistik deyil. Bu, bir tərəfdən Beyrutdakı xarici səfirliyin fitnəsi, digər tərəfdən şəxsi vəsvəsələridir.

Beyrutdakı müvəqqəti iqamətgaha çatdıqdan sonra bu qrup gecə yarısı oranı tərk edib və İran səfirliyinin üzvləri onların ABŞ səfirliyinə getdiklərini öyrənənə qədər 48 saat vaxt keçib.

Amerikalılar Livan Xarici İşlər Nazirliyinə bildiriblər ki, bu insanlar özləri İrana qayıtmamağı xahiş ediblər və ABŞ və ya Qərb ölkələrindən sığınacaq istəyiblər.

Amerika səfirliyinin rəsmisi iddia edib ki, briqada generalı rütbəli bu müşavirlərdən biri İran daxilində gizli hərbi yerlər barədə konkret məlumat müqabilində sığınacaq almağa zəmanət istəyib.

Təbii ki, Amerikanın bu iddiasının nə dərəcədə doğru olduğu bəlli deyil və bizim şübhəmiz odur ki, Suriya və Livandakı xaosun ortasında Amerika xüsusi xidmət orqanları bu insanları oğurlayıblar”.

Seçilən
34
4
axar.az

5Mənbələr