AZ

Boşanıb 50 il sonra yenidən evləndilər - Maraqlı SEVGİ HEKAYƏSİ

ABŞ-dən olan yaşlı kişi və qadın boşandıqdan 50 il sonra evləniblər.
 

Sfera.az xəbər verir ki, bu barədə KARK.com yazıb.
 

Fey Qeybl və Robert Uenrix 1940-cı illərin sonunda tanış olublar. Robert onun böyük qardaşlarının ən yaxşı dostu olub və bir dəfə özü onlara nə vaxtsa onunla evlənəcəyini söyləyib. Və belə də olub - Qrybl və Uenrix 1951-ci ilin noyabrında evləniblər və evliliklərində dörd uşaqları dünyaya gəlib. Buna baxmayaraq, 1975-ci ildə boşanıblar. Cütlük boşanma səbəbləri barədə danışmamağa üstünlük verir.
 

Bir müddət sonra hər ikisi yeni partnyorlar tapıblar və dul qalana qədər uzun illər ikinci nikahlarda yaşayıblar. Eyni zamanda Qeybl və Uenrixin qohumları iddia edirlər ki, onlar həmişə yaxşı münasibətdə olublar və tez-tez birlikdə ailə bayramlarına qatılıblar. Bu yaxınlarda keçmiş həyat yoldaşları yenidən nikah bağlamağın vaxtının gəldiyinə qərar veriblər. 94 yaşlı Uenrix indi 89 yaşı olan keçmiş həyat yoldaşına evlilik təklifi edib. Amerikalıların 14 ümumi nəvəsi, 14 nəticəsi və əkiz kötücəsi var. Onların hamısı Pensilvaniyanın cənub-şərqindəki Denver şəhərində baş tutan toylarına qonaq olublar.
 

“Onlar aşiq iki yeniyetmə kimidirlər. Onlar hər şeyi birlikdə edirlər",- cütlüyün kiçik qızı Carol Smit deyib. Smit atasının sözlərindən sitat gətirib: "O, həyatımın ilk sevgisi idi. Onu geri qaytara biləcəyimi heç vaxt düşünməmişdim. İndi o var, onu heç vaxt itirməyəcəm" - deyib.

İnci
 

Seçilən
24
sfera.az

1Mənbələr