Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsində VI tura yekunvurulub.
Trend xəbər verir ki, gecəninilk oyunları İspaniya və Fransada keçirilib. Müvafiq olaraq,“Atletiko” Slovakiyanın “Slovan” komandasını 3:1, “Lill” isəAvstriyanın “Şturm” klubunu 3:2 hesabı ilə məğlub edib.
Turun maraqla gözlənilən görüşlərində İspaniya “Barselona”sıAlmaniyada Dortmund “Borussiya”sına 3:2 hesabı ilə qalib gəlib.İngiltərənin “Mançester Siti” klubu isə İtaliyada “Yuventus”a 0:2hesabı ilə uduzub.
UEFA Çempionlar Liqası: Liqa mərhələsi, VI tur
“Atletiko” (İspaniya) - “Slovan” (Slovakiya) - 3:1
“Lill” (Fransa) - “Şturm” (Avstriya) - 3:2
“Borussiya” (Almaniya, Dortmund) - “Barselona” (İspaniya) -2:3
“Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:0
“Benfika” (Portuqaliya) - “Bolonya” (İtaliya) - 0:0
“Arsenal” (İngiltərə) - “Monako” (Fransa) - 3:0
“Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 2:1
“Feyenoord” (Niderland) - “Sparta” (Çexiya) - 4:2
“Ştutqart” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 5:1
Qeyd edək ki, Liqa mərhələsində VII turun oyunları 2025-ci ilyanvarın 21-i və 22-də keçiriləcək.