AZ

2 yaşlı körpə 22 yaşlı anasını güllələdi

ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində dəhşətli hadisə baş verib.
  Manset.az Modern.az-a istinadən xəbər verir ki, 22 yaşlı iki uşaq anası körpəsi tərəfindən güllələnib.

Polis əməkdaşları araşdırma apararkən məlum olub ki, 22 yaşlı Mina Rodrigesi 2 yaşlı körpə oğlu öldürüb. O, bədəninin yuxarı hissəsindən aldığı güllə yarasından ölüb.

Polis leytenantı Pol Servantes bildirib ki, detektivlərin araşdırması nəticəsində məlum olub ki, Minanın 18 yaşlı sevgilisi Endryu Sançes silahını ehtiyatsızlıqla mənzildə saxlayıb. O, dolu silahı yataq otağında qoyub, orada Minanın 2 yaşlı oğlu silahı tapıb. Körpə silahla oynayarkən tapançanın gülləsi açılıb və çarpayısında dincələn anaya dəyib.

Silahın sahibi Endryu Sançes saxlanılıb və əməliyyatçılar tərəfindən dindirilib. Polisin bildirdiyinə görə, o, cinayətin uşaq tərəfindən törədildiyi aşkarlanandan sonra zaminə buraxılıb, amma haqqında odlu silah saxlamaq maddəsi ilə cinayət işi açılıb.

phrase_var_article.chosen
15
3
manset.az

4phrase_var_article.sources