AZ

Pedaqoji Universitetdə anım mərasimi

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Ulu öndərin anım mərasimi keçirilib.

“Xalqa həsr olunmuş ömür” adlı xatirə məclisində  müstəqil dövlətimizin banisinin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

ADPU-nun rektoru professor Cəfər Cəfərov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlət qarşısında göstərdiyi müstəsna xidmətlərdən danışaraq bildirib: “Ulu öndər istər Azərbaycanın rəhbəri olduğu, istərsə də Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu zaman ölkəmiz və xalqımız qarşısında elə müstəsna xidmətlər göstərib ki, 2003-cü ildə səhhəti kəskin şəkildə pisləşdikdən sonra keçirilən prezident seçkilərində seçicilərin dörddə üçündən çoxu məhz onun müəyyənləşdirdiyi siyasi kursun davamına səs verib. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır”.

Tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev, dosent Afaq Piriyeva, Tələbə Gənclər Təşkilatının sədri Çiçək Sultanlı Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərinin müxtəlif yönlərindən söz açıblar.

Ali məktəbin “Meh” dərnəyinin üzvləri Xalq şairi Zəlimxan Yaqubun “Mən azərbaycanlıyam” şeirini ədəbi-bədii kompozisiya şəklində təqdim ediblər.

XQ

 

phrase_var_article.chosen
49
xalqqazeti.az

1phrase_var_article.sources