AZ

Çox təhlükəlidir, bu xəritədən imtina etsək... - Paşinyan

SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilik və müstəqillikdən imtina etmək demək ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“SSRİ xəritələrinin qəbuledilməzliyindən danışanlar var. Açıq deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilik və müstəqillikdən imtina etmək demək ola bilər. Çünki biz Sovet Ermənistanının ərazisində müstəqillik əldə etmişik. Beynəlxalq ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə tanınmış ərazimizə bağlılıq bizim üçün mühüm təhlükəsizlik buferidir”, - baş nazir vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan özünün beynəlxalq səviyyədə tanınmış ərazisini tanımasa, başqaları da onu tanımayacaq:

“Biz Ermənistanın suveren ərazisini kimsəyə verməmişik, (delimitasiya və demarkasiya ilə) öz qapımızı, dövlətimizin sərhədini, dövlətimizin astanasını bərkitmişik. Mən bunu bir uğur hekayəsi, uğurlu sıçrayış hesab edirəm, siz də öz uğurunuzla o uğuru görəcəksiniz gözlər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
29
teleqraf.com

1Mənbələr