AZ

Polşa Banklar Assosiasiyası vəAzərbaycan Banklar Assosiasiyası arasında Memorandum imzalanıb

10 dekabr 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Polşa Banklar Assosiasiyasının dəvəti ilə Polşa Respublikasında səfərdə olmuşdur.

ABA-nın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dr. Nərgiz Qurbanovanın yaxından dəstəyi ilə baş tutan səfər zamanı Yunus Abdulov Polşa Banklar Assosiasiyasının (PBA) prezidenti Tadeuş Bialek ilə görüş keçirmiş, iki ölkənin Assosiasiyaları arasında “Əməkdaşlıqa dair” Memorandum imzalanmışdır.

Memorandum iki Assosiasiyaları üzv təşkilatları arasında qarşılıqlı, faydalı əməkdaşlıq vasitəsilə tərəflərin ümumi maraqlarını təşviq etmək məqsədi daşıyır. Sənədə görə, ABA və PBA bank və maliyyə sahəsində seminarlar, forumlar, konfranslar və digər tədbirlərin təşkili üçün birgə əməkdaşlıq, həmçinin Polşa və Azərbaycan bank-maliyyə əlaqələrinin möhkəmləndirilməsi qərarına gəlmişlər.

Bundan əlavə, səfər çərçivəsində, ABA-nın icraçı direktoru Yunus Abdulov və Varşava Bank İnstitunun İdarə Heyətinin sədr müavini Mariola Şimanska arasında işgüzar görüş baş tutmuşdur. Görüşdə birgə təlim-tədris sahəsində əməkdaşlıq və mübadilə proqramlarının təşkili  istiqamətində müzakirələr aparılmışdır.

Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Beynəlxalq Bank Şurasını buna misal gətirmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

Seçilən
30
3
marja.az

2Mənbələr